0
Wednesday 27 July 2011 - 13:30

Konqres üzvü Ağ Ev qarşısında həbs edildi

Story Code : 87660
Konqres üzvü Ağ Ev qarşısında həbs edildi
Konqres üzvü Ağ Ev qarşısında həbs edildi
"IslamTimes" "Reuters"-ə istinadən xəbər verir ki, ABŞ konqresinin üzvü Luis Qutirez onlarla etirazçı ilə birlikdə Ağ Ev qarşısındakı aksiyanı dayandırmayacağını açıqladıqdan sonra həbs edilib. İlinoyz ştatının nümayəndəsi uzun illərdir ki, mühacirlərin immiqrasiya məsələsi ilə maraqlanır və son illərdə onların etiraz aksiyalarında da iştirak edibdir.

Luiz Qutirez verdiyi bəyanatda deyib: "Prezident deyir ki, Respublikaçılar mühacirlərə məxsus qanunların dəyişdirilməsi ilə müxalifdirlər. Mən bununla razıyam. Amma Respublikaçıların müxalifliyi Obamanın bu yöndə addım atmamasına dəlil ola bilməz. Hamı bilir ki, prezident uzun illər Amerikada yaşamış qanunsuz mühacirlərin ölkədən çıxarılmasının qarşısını almağa qadirdir.

Bəzi qruplar Barak Obanın dövründə digər prezidentlərin dövründəkinin daha çox qeyri-qanuni mühacirin ölkədən çıxarıldığını söyləyir.
Related Stories
Comment