0
Tuesday 28 July 2020 - 12:16

İrandan Amerikaya gözdağı

Story Code : 877085
İrandan Amerikaya gözdağı
Peykdən alınan görüntülərdə Fars Körfəzi və Oman dənizi sularında bir təyyarə daşıyan gəminin maketi müşahidə edilib. Maket ABŞ-ın təyyarə daşıyan gəmisinin əsl ölçülərində hazırlanıb. Bu maketin dünyanın 20 faiz neftinin daşındığı Hörmüz boğazına aparılması SEPAH-ın hərtərfli təlimlərə başlamasından xəbər verir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının sözçüsü Rebekka Ribariç deyib ki, İranın bu maketi hansı məqsədlə hazırladığını bilməsək də ABŞ dəniz qüvvələri təhdidlərə qarşı cavab verməyə hazırdır. 

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru, dəniz və hava qoşunları Hörmüz boğazında və ölkənin müştərək təlimlər keçirdiyi bildirilib.

Təlimlərdə raket sistemləri, gəmilər, PUA-lar, radar sistemləri sınaqdan keçirilir. İslam Respublikası bir neçə il öncə də buna bənzər təlim keçirmişdi. Amma bu təlimlərdə İran ilk dəfə olaraq təlim bölgəsini orbitə göndərdiyi “Nur” peyki vasitəsilə ilə izləyəcək.

ABŞ qırıcılarının Suriya səmasında İran sərnişin təyyarəsinə təhlükəli səviyyədə yaxınlaşmasından sonra bu təlimlərin başlamasının rəsmi Vaşinqtona bir mesaj olduğu bildirilir.
Source : IslamTimes