0
Thursday 30 July 2020 - 01:38

İran raketləri işə saldı, ABŞ ordusu təlaşlandı

Story Code : 877436
İran raketləri işə saldı, ABŞ ordusu təlaşlandı
Axar.az xəbər verir ki, bu məlumatı “Tasnim” agentliyi yayıb.

Qeyd edək ki, dünən Fars körfəzi və Hörmüz boğazında SEPAH-ın “Böyük peyğəmbər 14” təliminə start verilib.

***

İran İslam Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri Körfəzdə keçirdikləri hərbi təlimdə ballistik raket ilə şərti düşmənin hərbi gəmisinin maketini dəqiq zərbə ilə vurub.

Ballistik raketdən istifadə edildikdən sonra ABŞ-ın Qətərdəki hərbi bazası həyəcan təbili çalıb

CNN-in yaydığı məlumata görə, ABŞ-ın Körfəz dövlətləri ərazisindəki hərbi bazalara fövqəladə vəziyyət elan edilib. Bu təlimatların nədən ibarət olması hələlik məlum deyil. Lakin məlum olan odur ki, İran ordusunun təlimindən ehtiyatlanan ABŞ Qətərdəki hərbi bazasını döyüş hazırlığı vəziyyətinə gətirib. Birləşmiş Ərəb Əmirliklərindəki ABŞ hərbi bazasına isə ehtiyatlı olmaq göstərişi verilib.