0
Sunday 2 August 2020 - 07:14

Rusiyanın İrandakı səfirliyi terror cəhdi xəbərini təkzib etdi

Story Code : 877840
Rusiyanın İrandakı səfirliyi terror cəhdi xəbərini təkzib etdi
“Report”un məlumatına görə, bu barədə RİA “Novosti” xəbər verib.

"Səfirlik yoxlanılmamış şayiələri şərh etmir", - agentliyin müsahibi deyib.

Daha əvvəl İranın IRIB dövlət teleradio şirkəti informasiya mənbəyini göstərmədən bildirib ki, lideri İranın xüsusi xidmət orqanları tərəfindən saxlanılmış "Tondar" təşkilatı Rusiyanın Rəştdəki baş konsulluğunda terror aktı planlaşdırıb. IRIB terror aktının nə vaxt planlaşdırıldığını açıqlamayıb.

Bu məlumat İranın İnformasiya (Kəşfiyyat) Nazirliyinin "Tondar" təşkilatının lideri Cəmşid Şarmahdın tutulması haqqında bildirdikdən sonra yayılıb. Nazirliyin məlumatına görə, təşkilat ABŞ-dan idarə edilib və bir sıra terror aktları həyata keçirib, eləcə də İranda bəzi əməliyyatlar planlaşdırıb.
Related Stories