0
Tuesday 4 August 2020 - 23:34

Beyrutdakı partlayışda 50 ölü, 2750 yaralı var

Story Code : 878399
Beyrutdakı partlayışda 50 ölü, 2750 yaralı var
"Russia Today"in verdiyi məlumata əsasən, Livanın səhiyyə naziri Həməd Həsən bildirib ki, bu gün Livanın paytaxtında Beyrut limanında baş verən qorxunc partlayış nəticəsində ən az 50 nəfər həlak olub, 2750-dən çox insan yaralanıb.

Həmçinin Livan Qırmızı Xaç Komitəsinin baş katibi Corc Katane deyib ki, Beyrutdakı partlayışda yaralanan yüzlərlə insan müalicə üçün xəstəxanaya aparılıb, bəzi yaralılar isə partlayışdan zərər çəkmiş binalarda, dağıntılar altında qalıb.

Livan mediasına danışan Katane, yaralıların sayı ilə bağlı dəqiq bir məlumat olmadığını, partlayışın baş verdiyi ərazidə, dağıntılar altında çox sayda insanın ola biləcəyini söyləyib. 

Livanın LBCI Şəbəkəsi bildirib ki, Hotel Dieu Xəstəxanasına 500-dən çox yaralı gətirilib və artıq xəstəxanada digər yaralılar üçün yer yoxdur.

Xəstəxana səlahiyyətliləri, onlarla yaralının əməliyyata ehtiyacı olduğunu qeyd edib.

Livan Təhlükəsizlik Xidmətindən bildirilib ki, partlayış terror hadisəsi deyil. 
Source : IslamTimes
Related Stories