QR CodeQR Code

Sionist lobbisi İlhan Öməri "vurmağa" çalışır

IslamTimes , 11 Aug 2020 17:51

İslamTimes: ABŞ Nümayəndələr Palatasındakı iki müsəlman xanımdan biri olan İlhan Ömər bu gün çətin bir mübarizə meydanındadır.


Bu gün Minnesota ştatının beşinci məntəqəsində Konqres seçkilərində iştirak edəcək əsas demokrat namizədi təyin etmək üçün ilkin seçkilər keçirilir.

İlhan Ömər son illərdə ABŞ prezidenti Donald Tramp və sionist rejimə qarşı tənqidləri ilə gündəmə gəlib. O dəfələrlə işğalçı İsrail rejiminə qarşı sanksiyalar tətbiq edilməsini tələb edib. İlhan Ömərin bu fəaliyyətləri sionist lobbilərin bugünkü seçkilərdə İlhan Ömərin seçilməməsi üçün əlindən gələni əsirgəməməsinə səbəb olub.

Əl-Cəzirə bu mövzuda yazıb: "Bu gün, çərşənbə axşamı, Minnesotanın beşinci məntəqəsində İlhan Ömər və Antone Melton-Meaux arasında ciddi bir rəqabət olacaq..."

İlhan Ömər və Antone Melton-Meaux demək olar ki, oxşar ideologiyaya sahibdirlər, amma onların İsrailə münasibətdə düşüncələri fərqlidir. İlhan Ömər işğalçı İsrailin siyasətlərini sərt şəkildə tənqid edir və Tel-Əvivə sanksiyalar tətbiq edilməsini dəstəkləyir, lakin Antone Melton-Meaux İsrail rejimi hamilərinin tam dəstəyini qazanmış bir namizəddir!


Story Code: 879662

News Link :
https://www.islamtimes.org/az/news/879662/sionist-lobbisi-ilhan-öməri-vurmağa-çalışır

Islam Times
  https://www.islamtimes.org