0
Sunday 16 August 2020 - 17:19

Avropa Birliyi: ABŞ-ın tətik mexanizmindən istifadə etmək hüququ yoxdur!

Story Code : 880658
Avropa Birliyi: ABŞ-ın tətik mexanizmindən istifadə etmək hüququ yoxdur!
Avropa Birliyi rəsmisi bildirib ki, ABŞ tətik mexanizmindən istifadə edərək BMT-nin İrana qarşı sanksiyalarını bərpa edə bilməz.

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrelin sözçüsü Almaniyanın DW kanalına verdiyi müsahibədə bildirib ki, ABŞ 2018-ci ilin may ayında İranla Avropa arasında imzalanmış nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planınından (HBFP) çıxdığı üçün tətik mexanizmindən istifadə etmək hüququna malik deyil! Çünki ABŞ "HBFP" sazişinin iştirakçısı hesab edilmir...

Bir çoxları Avropa Birliyinin ABŞ-ın qəbul etdiyi qərarları dəstəkləyəcəyini düşünsə də elə görünür ki, bu qrum ən azı ABŞ-da keçiriləcək prezident seçkilərinədək rəsmi Vaşinqtonun özbaşınalıqlarına boyun əymək niyyətində deyil. 

Qeyd edək ki, ötən gün ABŞ-ın BMT Təhlükəsizlik Şurasında səsverməyə çıxardığı İran əleyhinə qətnamə rüsvayçı bir şəkildə rədd edildikdən sonra ABŞ bu məğlubiyyətin son olmadığını və İrana qarşı tətik mexanizmindən istifadə edəcəyini bildirmişdi.
Source : IslamTimes