0
Monday 24 August 2020 - 13:10

Pompeo: Amerika tək qalsa belə doğru bildiyi işi görür!

Story Code : 882179
Pompeo: Amerika tək qalsa belə doğru bildiyi işi görür!
Beynəlxalq ictimaiyyət tərəfindən geniş etirazlarla üzləşən ABŞ-ın dövlət katibi Mayk Pompeo ölkəsinin İran əleyhinə hazırladığı qətnamənin BMT Təhlükəsizlik Şurasında rüsvayçı şəkildə rədd edilməsindən sonra Fox News telekanalına müsahibə verib. Pompeo bu müsahibəni özü Tvitter hesabında yerləşdirib.

Pompeo bu müsahibə deyib: "Dünya ölkələrinin rəhbərləri mənə ABŞ düz iş gördüyünü deyir. İndiyə qədər onlardan heç biri İranın hərbi təchizatlara sahib olmasını dəstəkləməyib."

ABŞ Dövlət katibi dünya ölkələrinin İranın hərbi təchizatlar ala bilməsinə qarşı olduğunu iddia etsə də, BMT Təhlükəsizlik Şurasında bu ölkələrin İrana qarşı silah embarqosunu nə üçün dəstələmədiklərini izah edə bilməyib. O deyib: "Birləşmiş Millətlər Təşkilatında səsvermə zamanı bu quruma üzv ölkələr İrana qarşı olduqlarını açıq şəkildə bildirmədilər. Mən onların bu qərarını başa düşə bilmirəm."

İranı dünya üçün bir təhlükə kimi tanıtdığrmağa can atan Pompeo bu dönəmdə Rusiya və Çinlə bir yolda addımlamağın qorxulu olduğunu bildirib.

Mayk Pompeo sonda deyib: "Biz Trampın hər zaman doğru işlər gördüyünüə inanırıq. Hətta bu qərarlar bizim təcrid olunmağımıza, tənha qalmağımıza səbəb olsa belə! Bunu Amerika xalqı da bilməlidir."
Source : IslamTimes
Related Stories