0
Sunday 27 September 2020 - 17:59

Ermənistandan həyasız açıqlamalar!

Story Code : 888751
Ermənistandan həyasız açıqlamalar!
Bu gün sübh saatlarında Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutan işğalçı Ermənistan ordusu ilk öncə Azərbaycana məxsus 4 helikopter, 15 PUA və 10 tankı vurduğunu iddia edib. Daha sonra Beynəlxalq İctimaiyyətə səslənən Ermənistan baş naziri Türkiyənin bu gərginliyə müdaxilə etməyəcəyindən əmin olmaq istədiklərini bildirib. O Türkiyənin son rəftarlarının Qafqazda dağıdıcı təsir qoyduğunu bildirib. Türkiyə isə öz növbəsində Azərbaycanın yanında olduğunu dilə gətirib.

Ermənistan Müdafiə Nazirliyi və Nikol Paşinyan həyasızcasına iddia edib ki, bugünki gərginliyə Ermənistan deyil, Azərbaycan başlayıb və Ermənistan ordusu da cavab vermək məcburiyyətində qalıb.

Qeyd edək ki, düşmənin təxribatına cavab verən ordumuzun işğal altında olan bir neçə məntəqəni ermənilərdən təmizlədiyi bildirilir.
Source : IslamTimes
Related Stories