0
Saturday 24 October 2020 - 13:50

HƏMAS Sudanı xəyanət etməkdə ittiham etdi

Story Code : 893769
HƏMAS Sudanı xəyanət etməkdə ittiham etdi
Verilən bəyanatda vurğulanır ki, Sudan Fələstin mübarizəsinə dəstək verən dövlət olduğu üçün bu gün atılan addım utandırıcıdır.

"Biz Sudan xalqının mövqeyini əks etdirməyən bu qərarı qınayırıq və nifrətlə etiraz edirik. İşğalçı İsrail rejimi ilə diplomatik münasibətləri normallaşdırmaq razılaşması Fələstin xalqına xəyanətdir", - deyə bəyanatda diqqətə çatdırılıb.

Qeyd olunub ki, Sudanda hakimiyyətə gəlmiş hərbi xunta rejimi bu cür yollarla öz xalqının nifrətini daha da qazanır. /Eastnews/

 
Related Stories