0
Saturday 31 October 2020 - 01:54

Peskov: “Ekstremizm heç bir dinə bağlana bilməz”

Story Code : 895042
Peskov: “Ekstremizm heç bir dinə bağlana bilməz”
Bugünkü mətbuat konfransında Peskovdan Moskvada müsəlman ruhanilərin gəncləri radikal fikirlərin uğursuzluğuna inandırmaq üçün kifayət qədər məscid olub-olmadığı soruşulub.

Peskovun suala cavabı belə olub: “Heç bir din ekstremizm fikrini qəbul etmir, dinlər onu tamamilə rədd edir və ekstremizmin dinlə heç bir əlaqəsi yoxdur. Ekstremizmin hər hansı bir dinlə kamuflyaj edilməsi üçün göstərilən səyləri aydın şəkildə başa düşməliyik. Məscid məsələsinə gəlincə, bu barədə şərh verməkdən çəkinirəm. Bu barədə məlumatım yoxdur. Moskvada neçə məscid və müsəlmanın yaşadığını, məscidlərlə bağlı hər hansı bir problemin olub olmadığını yoxlamalıyıq. Bu paytaxt rəhbərliyinin səlahiyyətinə aid olan mövzudur”.

Daha əvvəl Moskva Müftiliyi şəhərdə məscidlərin sayının çoxaldılmasının radikal meylli insanların sayının azalacağına səbəb olacağını bildirmişdi. /Deyerler/
Related Stories