0
Sunday 8 November 2020 - 08:44

İranda keçiriləcək prezident seçkilərinin vaxtı açıqlandı

Story Code : 896574
İranda keçiriləcək prezident seçkilərinin vaxtı açıqlandı
Trend-in məlumatına görə, bunu İranın Daxili İşlər nazirinin müavini Camal Orf jurnalistlərə açıqlamasında deyib.

C.Orfun sözlərinə görə, İranda 13-cü çağırış prezident seçkiləri üzrə Seçki Komissiyası 1 fevralda fəaliyyətə başlayacaq.

O qeyd edib ki, namizədlərin qeydiyyata alınması, səlahiyyətlərin təyin olunması və seçkilərlə əlaqədar digər məsələlər gələn il müəyyənləşəcək: “Şəhər və kəndlərin islam şuraları (bələdiyyə) namizədlərin qeydiyyata alınmasına 19 fevralda, prezident seçkilərinə namizədlərin qeydiyyata alınmasına isə 21 mayda başlanacaq”.

Nazir müavini bildirib ki, bu seçkilərlə yanaşı, Rəhbərlik Ekspertlər Məclisi və Parlamentin dövri seçkiləri də təşkil olunacaq.
Related Stories