0
Sunday 20 December 2020 - 11:54

Tramp COVID-19 məhdudiyyətlərinə qarşı çıxdı

Story Code : 904934
Tramp COVID-19 məhdudiyyətlərinə qarşı çıxdı
Modern.az “qazeta.ru”ya istinadən xəbər verir ki, ABŞ lideri paylaşımında yeni növ koronavirusla əlaqədar ölkəsində məhdudiyyətlərin tətbiq edilməsinə qarşı olduğunu bəyan edib.

“Biz məhdudiyyət istəmirik. Problemin həlli problemin özündən də pis ola bilməz”, deyə Tramp əlavə edib.

Xatırladaq ki, Britaniyanın Baş naziri Boris Conson ötən gün Londonda və krallığın bir sıra bölgələrində koronavirusun sürətlə yayılması səbəbindən məhdudiyyətlərin maksimum səviyyəsinə - dördüncü fazaya keçidlə bağlı qərar imzalayıb.