0
Saturday 26 December 2020 - 10:34

İşğalçı İsrail Qəzzaya şiddətli aviazərbələr endirib, yaralananlar var

Story Code : 906244
İşğalçı İsrail Qəzzaya şiddətli aviazərbələr endirib, yaralananlar var
SalamNews Əlcəzirəyə istinadla xəbər verir ki, sionist rejimin hava zərbələri Qəzzanın şərqində ciddi dağıntılara səbəb olub.

Hava zərbələrindən sonra Qəzzanın böyük hissəsinin işığı kəsilib.

Yaralananlar var.

İşğalçı İsrail tərəfi bu hava zərbələrində HƏMAS-ın obyektlərini hədəfə aldığını bildirib.

Qeyd edək ki, Qəzza 2008-ci ildən hava, quru və sudan İsrailin mühasirəsindədir. Qəzza ilə Misir sərhədində yerləşən sərhəd keçidi isə məhdud şəkildə fəaliyyət göstərir.