0
Wednesday 10 August 2011 - 00:11

ABŞ dünyanı təhlükə ilə üz-üzə qoydu

Story Code : 90652
ABŞ dünyanı təhlükə ilə üz-üzə qoydu
ABŞ dünyanı təhlükə ilə üz-üzə qoydu
Dünya liderləri ABŞ-ın kredit reytinqinin aşağı salınması və avro-zonada borc böhranının davam etməsilə əlaqədar maliyyə bazarlarında yaranmış gərginliyi azaltmağa çalışırlar.

Avqustun 5-də “Standard & Poor’s” tarixdə ilk dəfə ABŞ-ın uzunmüddətli kredit reytinqini AAA-dan AA+-ə endirib. Bu, qlobal səhm bazarlarının trilyonlarla dollar dəyər itirməsinə yol açıb. ABŞ iqtisadiyyatının bərpasının yubanması və Avropada borc böhranının yayılma təhlükəsinin mövcudluğu beynəlxalq birjalarda böyük narahatlıqlara səbəb olub. Bu narahatlıq hətta “Böyük Yeddilik”ə daxil olan inkişaf etmiş ölkələri bəyanat verməyə vadar edib. Onlar qlobal bazarlarda sabitlik yaratmaq üçün bir-birilə koordinasiyalı şəkildə işləmək qərarını verdiklərini bildiriblər.
Related Stories
Comment