0
Tuesday 29 December 2020 - 12:26

Trampın Türkiyə barədə veto qoyduğu qanun layihəsi təsdiqləndi

Story Code : 906842
Trampın Türkiyə barədə veto qoyduğu qanun layihəsi təsdiqləndi
ABŞ Nümayəndələr Palatasının axşam saatlarında keçirilən səsverməsində 322 deputat lehinə, 87 deputat isə əleyhinə səs verib. Qanun layihəsinin növbəti ünvanı olan Senatda da prezident Donald Trampın veto hüququnu aşaraq 3-də 2 səs çoxluğu ilə təsdiqlənməsi gözlənilir.

740 milyard dollarlıq müdafiə büdcəsi qanun layihəsi bu şəkildə Konqresin hər iki qanadından keçərsə, qanun qəbul ediləcək və Trampın səlahiyyət müddətində "veto səlahiyyətini aşan ilk qanun layihəsi" olaraq qeyd olunacaq.

Xatırladaq ki, Tramp 23 dekabrda bu qanun layihəsinə veto qoymuşdu. /Eastnews/