0
Wednesday 30 December 2020 - 00:41

ABŞ-da afroamerikalını öldürən polis işdən qovuldu

Story Code : 906954
ABŞ-da afroamerikalını öldürən polis işdən qovuldu
Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, Kolumbus İctimai Təhlükəsizlik İdarəsinin direktoru Ned Pettus, 21 dekabr tarixində 47 yaşlı qaradərili Andre Moris Hillin polis tərəfindən öldürülməsi ilə əlaqədar bir açıqlama verib.

Pettus, Hilli öldürən polis Adam Coyun kobud rəftar və səhlənkarlıq səbəbi ilə vəzifəsindən qovulduğunu açıqlayıb.

Hillə ilk tibbi yardımın gec gəlməsini vurğulayan Pettus, belə deyib: “Hillin vurulması cəmiyyətimiz və polisimiz, onu sevən hər kəs üçün bir faciədir”.

Pettus Coyun hərəkətlərinin polis andına və Kolumbus polis standartlarına uyğun olmadığını da söyləyib.

Xatırladaqki, bir evin qarajında olan Hill, edilən zəng nəticəsində gələn polis tərəfindən vurulmuş və hadisə yerində ölmüşdü. Deyerler.org

 
Related Stories