0
Monday 4 January 2021 - 15:37

Tramp özü də ABŞ-da seçkilərə etiraz aksiyasında iştirak edəcək

Story Code : 908026
Tramp özü də ABŞ-da seçkilərə etiraz aksiyasında iştirak edəcək
6 yanvarda Donald Tramp tərəfdarları prezident seçkilərinin nəticəsinin təsdiqlənməsinə etiraz olaraq aksiya keçirəcək. Bu aksiya ABŞ Konqresinin seçkilərin nəticəsini təsdiqləmək üçün toplanacağı iclasla eyni vaxtda baş tutacaq. Etirazın Ağ Evin yaxınlığındakı Ellips Parkında keçirilməsi planlaşdırılır.

Etiraz aksiyasına ABŞ-ın vitse-prezidenti Mayk Pensin rəhbərlik edəcəyi bildirilir. Pensin iştirakı simvolik xarakter daşıyacaq və seçici səslərinin təsdiqlənməsinə və ya rədd edilməsinə təsir göstərməyəcək.

2020-ci ildə baş tutan prezident seçkilərinin ABŞ Konqresi tərəfindən son təsdiqlənmə mərasiminə cəmi iki gün qalsa da, Donald Tramp nəticəni müxtəlif yollarla dəyişdirməyə çalışır.
Related Stories