0
Saturday 16 January 2021 - 23:50

"Tramp Konqresə hücum zamanı hər saniyədən ləzzət alıb"

Story Code : 910640
"Tramp Konqresə hücum zamanı hər saniyədən ləzzət alıb"
ABŞ-ın hazırkı prezidenti Donald Trampın qardaşı qızı Meri Tramp radio kanalı ilə müsahibə zamanı tərəfdarlarını Konqres binasına hücum etmək üçün təhrik etdiyinə görə əmisini tənqid edib.

Huffington Post-un verdiyi məlumata görə, Meri Tramp cümə günü "Sirius XM" radio kanalı ilə müsahibəsində deyib: "Hər şeydən öncə bunu bilmək lazımdır ki, Donald Tramp (Konqresə hücum hadisəsində) hər saniyədən zövq alıb."

Meri Tramp əlavə edib: "O (Donald Tramp) öz-özlüyündə qorxaq biridir. Ancaq başqaları onun üçün şiddətə, zorakılığa əl atdıqda çox xoşbəxt görünür.
İkincisi, bu hücum zamanı o zənn etdi ki, bu zorakılıqla seçkilərin qanuni nəticəsini dəyişdirmək mümkün olacaq..."

Qeyd edək ki, Donald Trampın qardaşı qızı Meri Tramp psixoloqdur və bu günədək əmisində olan psixoloji problemlərlə bağlı da bir neçə dəfə açıqlama verib.
Related Stories