QR CodeQR Code

İrandan ABŞ-a göz dağı!

17 Jan 2021 00:51

İslamTimes: İran 1,8 min kilometr məsafədəki hədəflərə zərbə endirərək müxtəlif növ raketlər sınaqdan keçirib - məqsəd


İranın İslam İnqilabı Keşikçiləri Korpusu Hind okeanında ballistik raketlərin hədəflərə zərbə endirilməsi üzrə sınağını keçirib.

Bu barədə AzNews.az “İnterfaks”a istinadən bildirir.

İran hərbçiləri qeyd ediblər ki, atışlarda 1,8 min kilometr məsafədəki hədəflərə zərbə endirmiş müxtəlif növ raketlər tətbiq edilib.

"Bizim əsas döyüş tapşırıqlarımızdan biri təyyarədaşıyanlar da daxil olmaqla, düşmən gəmilərinə zərbə endirməyə qadir olmaqdır", - İranın İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general Hüseyn Salami bildirib.


Story Code: 910644

News Link :
https://www.islamtimes.org/az/news/910644/irandan-abş-a-göz-dağı

Islam Times
  https://www.islamtimes.org