0
Wednesday 3 February 2021 - 11:17

SON DƏQİQƏ: Azərbaycanda sabiq nazir həbs edildi

Story Code : 914025
SON DƏQİQƏ: Azərbaycanda sabiq nazir həbs edildi
Unikal.org xəbər verir ki, hüquq mühafizə orqanları tərəfindən keçmiş məmur ciddi korrupsiya faktları ilə saxlanılıb.

Qeyd edək ki, Səlim Müslümov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun yaxın kadrı kimi tanınır. K.Heydərov Dövlət Gömrük Komitəsinin sədri olduğu dövrdə S.Müslümov onun müavini olub. Onu da nəzərinizə çatdıraq ki, S. Müslümov DGK-nin sədr müavini olduğu vaxtda korrupsiya əməlinə görə həbs həyatı yaşayıb. Sabiq nazir bəraət aldıqdan sonra DSMF sədri, daha sonra isə Əmək və Əhalinin sosial müdafiə naziri vəzifəsində çalışıb.

Xatırladaq ki, 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı müvafiv sərəncama əsasən o, vəzifəsindən azad edilib.

Həbs xəbərini S.Müslümovun yaxınları təsdiqləyiblər.
Related Stories