0
Thursday 11 February 2021 - 23:41

Yəmən ordusu Səudiyyə qırıcılarını hədəf aldı

Story Code : 915724
Yəmən ordusu Səudiyyə qırıcılarını hədəf aldı
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri bildirib ki, Yəmən Ordusu və Xalq Komitələrinin PUA bölməsi bu gün günortadan sonra Abha Beynəlxalq Hava Limanındakı Səudiyyə qırıcı təyyarələrini 4 PUA ilə hədəf alıb. Yəmən Ordusu hücum zamanı "Səmad 3" və "Qasif 2K" dronlarından istifadə edib.

Hücumun dəqiq və ölümcül olduğunu qeyd edən sözçü deyib:

"İşğalçı Səudiyyə rejimi öncəki bütün xəbərdarlıqlarımıza məhəl qoymayıb və dəfələrlə qeyri-hərbi hava limanlarından hərbi məqsədlər üçün istifadə edib.

Səudiyyə qırıcıları yerləşdirilmiş bu məkana hücumumuz, bu rejimin ölkəmizə davam edən hava hücumları və qeyri-insani blokadasına cavabdır!"

Yəmən Silahlı Qüvvələrinin sözçüsü sonda bildirib ki, ordunun əməliyyatları Ali-Səud rejiminin hücumları və blokadası davam edən müddətədək dayandırlmayacaq.
Related Stories