0
Tuesday 23 February 2021 - 09:53

ABŞ ən güclü PUA-larını Rusiya sərhədinə göndərir

Story Code : 917868
ABŞ ən güclü PUA-larını Rusiya sərhədinə göndərir
Pentaqon bir neçə üsulla Şərqi Avropada Moskvanın qarşısını almağa çalışacaq. Bura çoxmillətli hərbi təlimlərin keçirilməsi, strateji əhəmiyyətli ərazilərdə yerüstü uzaqmənzilli qanadlı raketlərin və müşahidə vasitələrinin yerləşdirilməsi daxildir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın “Nəşnl İnterest” jurnalında yayımlanan məqalədə bildirilib.

“Əfqanıstanda əməliyyatlar aparan ABŞ Hərbi Hava Qüvvələrinin 25-ci zərbə qrupu əməliyyatların mərkəzini dəyişir. İndi bu qruplaşma Avropada əməliyyatlar aparacaq. Bunun üçün Rumıniya və Baltikyanı ölkələrə “MQ-9 Reaper” kəşfiyyat-zərbə PUA-ları göndərilir”, - məqalədə bildirilib.

Məqalə müəllifinin yazdığına görə, terrorçulara qarşı hərbi əməliyyatlarda iştirak edən bu PUA-lar indi nəhənglərlə savaşda qiymətli silah ola bilər:

“Onun texniki effektivliyi və dəqiqliyi buna imkan verir, çünki “Reaper” düşmən hədəflərini izləyir və məhv edir. Bundan başqa ABŞ Hərbi Hava Qüvvələri yüksək texnologiyalı rəqiblə mübarizə aparmaq üçün bu silahı daim yeniləyir. Hazırda “MQ-9 Reaper” stels texnologiyasına malik deyil”.
Related Stories