0
Sunday 28 February 2021 - 15:55

Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin növbəti görüşü sabah olacaq

Story Code : 918868
Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin növbəti görüşü sabah olacaq

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk İşçi Qrupun üçüncü iclasının nəticələrinə əsasən deyib.
 
Onun sözlərinə görə, bundan öncəki iclasda Azərbaycan, Rusiya və Ermənistan arasında nəqliyyat və iqtisadi əlaqələr sahəsində razılaşmaların həyata keçirilməsi müzakirə edilib.
 
Overçuk iclas iştirakçılarının 10 noyabr bəyanatının 9-cu bəndinin icrasından irəli gələn birgə işin əsas istiqamətlərini, həmçinin 11 yanvar bəyanatının 2,3,4 -cü bəndlərini müzakirə etdiyini söyləyib.
 
"Tərəflər dəmir yolu, avtomobil yolu və kombinə edilmiş daşınma, habelə sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitariya və digər nəzarət növləri daxil olmaqla daşınmanın təhlükəsizliyinin təmin edilməsi məsələlərinə dair ekspert quplarının hesabatlarına baxıblar. Səlahiyyətli orqanlara MDB çərçivəsində bağlanmış beynəlxalq müqavilələrin və yuxarıda göstərilən daşımaların həyata keçirilməsinə dair üçüncü ölkələrlə bağlanmış beynəlxalq müqavilələrin inventarlaşdırılması tövsiyə edilib", - deyə Overçuk vurğulayıb.
 
Qeyd olunub ki, İşçi qrup Qarabağın inkişaf planlarını martın 1-dək təqdim etməlidir.
 
Source : Deyerler
Related Stories
Comment