0
Monday 1 March 2021 - 11:51

İran sanksiyalar götürülmədən ABŞ-ın olduğu qrupla müzakirə masasına oturmayacağını bildirib

Story Code : 918997
İran sanksiyalar götürülmədən ABŞ-ın olduğu qrupla müzakirə masasına oturmayacağını bildirib
SalamNews İRNA-a istinadla xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

O, ötən gün mətbuat konfransında bildirib ki, sanksiyalar götürülmədən və rəsmi Vaşinqtonun maksiumu təzyiq siyasətinin dəyişdiyi müşahidə edilmədən ABŞ-ın olduğu qrupla danışıqlar olmayacaq.

İran rəsmisi bildirib ki, ABŞ ilk növbədə BMT Təhlükəsizlik Şurasının 2231-ci qətnaməsini yerinə yetirməli, Avropa dövlətləri də onu bu işə sövq etməlidirlər.

Qeyd edək ki, Co Bayden Administrasiyası Trampın nüvə sazişindən çıxmasını tənqid etsə də və sabiq Administrasiyanın İrana qarşı maksimum təzyiq isyasətinin təsirsiz olduğunu bildirsə də, hələ nüvə sazişinə qayıtmayıb.
Related Stories