0
1
comments
Monday 15 August 2011 - 01:46

Hüquq və təhlükəsizliyimizi necə qoruyurlar?

Story Code : 91914
Hüquq və təhlükəsizliyimizi necə qoruyurlar?
Hüquq və təhlükəsizliyimizi necə qoruyurlar?
"Islam-azeri.az internet portalının baş redaktoru Ramin Bayramov 11 avqust 2011-ci il tarixdə saat 15.30 radələrində Nizami metrostansiyasının qarşısında heç bir əsas olmadan kimliyi bilinməyən şəxslər tərəfindən saxlanılıb. Müdafiə etdiyim şəxsin sözlərinə görə, həmin vaxt elə saxlanan andaca onun cibinə nə isə qoymağa cəhd ediblər. Lakin Bayramov sayıqlıq göstərərək bunun qarşısını alıb. Kənarda çoxlu sayda insanın dayandığını görən həmin şəxslər Bayramovun səs-küy salmasına görə bir daha cəhd etməyərək, onu zorla BMW markalı "NOL 557-C” qeydiyyat nişanlı avtomobilə mindirib, MTN-nin Abşeron Rayon Şöbəsinə aparıblar. Həmin şöbənin həyətində yenidən Bayramovun şalvarının arxa cibinə bir bükülü qoyublar. Bayramov hələki qandallanmamış vəziyyətdə olduğundan cibinə qoyulan bükülünü çıxararaq, tullayıb. Bundan sonra həmin şəxslər Bayramovun qollarını qandallayaraq, növbəti dəfə həmin bükülünü onun cibinə qoyublar.
Hal şahidləri gətirilərək, Bayramovun üstünə baxış keçirilib və cibinə qoyulmuş narkotik vasitə çıxarılaraq, sənədləşdirilib. Ona narkotikin cibinə MTN əməkdaşları tərəfindən qoyulması barədə protokola qeyd etmək imkanı verilməyib. Həmçinin onun tələb etməsinə baxmayaraq, vəkilinin iştirakı təmin edilməyib.
Bayramovun üstünə “baxış” keçirilərkən cibindən Xırdalan şəhərində yerləşən evinin açarları da çıxmışdır. MTN əməkdaşları açarı özləri ilə götürmüşlər. Bundan təxminən 4 saat sonra açarlar geri gətirilmişdir və Bayramovla birlikdə evinə baxış keçirmək üçün getmişlər.
Bayramovun Xırdalan şəhərində yerləşən evinə baxış keçirilməsinə etiraz etməmişdir. Baxışa ikinci mərtəbədən başlamaq qərara alınmışdır. İkinci mərtəbənin qapısı xarab olduğundan qapının sındırılmasına başlanmışdır. Bu zaman evin birinci mərtəbəsindən çıxan bir nəfər polis serjantı MTN əməkdaşlarına demişdir ki, “niyə qarajı axtarmırsınız?”. Qapının sındırılması yarımçıq qoyularaq, qaraja baxış keçirilmişdir. Qarajdan selofon torbaya bükülmüş 1 ədəd İJ markalı tapança, 8 ədəd güllə, 1 ədəd güllə darağı çıxarılmışdır.
Vəkili olaraq, mən baxış prosesinin sonuna çatdım. Orderimi təqdim etdikdən sonra iştirakıma icazə verildi. Bundan sonra protokol tərtib olunmağa başladı. Protokol tərtib olunarkən ciddi saxtakarlıqlara yol verildi. Beləki, Ramin Bayramovun protokola yuxarıda göstərildiyi kimi, polis serjantının qarajdan çıxıb dedikləri ilə bağlı qeyd yazmasına imkan verilmədi. Həmçinin tələb etməyimə baxmayaraq, prtokolda iki hal şahidinin bələdiyyədən gətirilən qulluqçular olması ilə bağlı qeyd yazılmadı. Bu zaman MTN əməkdaşları ilə aramızda mübahisə yarandı və orderimi geri qaytararaq, məni ümumiyyətlə baxışa buraxmadıqlarını dedilər. Protokolun tərtibi saat 23.00-da başa çatsa da qeyd olundu ki, güya saat 21.00-da başa çatmışdır. Bu barədə də etirazlarımız yazılmadı.
Bayramov həmin gecə 2-ci Baş İdarəsinin əməkdaşları tərəfindən MTN-nə gətirilmişdir. O AR CM-nin 228.1-ci və 234.1-ci maddələri ilə cinayət törətməkdə şübhəli bilinir və buna görə şübhəli şəxs qismində tutulub.
Müdafiə tərəfi baş verənləri ciddi qanun pozuntusu kimi dəyərləndirərək, bildirir ki, müqəddəs orucluq ayında dindar bir şəxsi narkotik maddə saxlamaq kimi absurd bir ittihamla tutmaq nəinki qanunsuzdur, həm də əxlaqsızlıqdır.
Müdafiə tərəfi bildirir ki, həyata keçirilən bu “əməliyyatın” böhtan olduğunu sübut edən ciddi sübutlara malikdirlər və bunu qarşıdakı günlərdə açıqlayacaqlar.
Bununla yanaşı qeyd etməyi vacib sayıram ki, baş verənlər MTN-nin artıq səviyyəsiz bir quruma çevrildiyini sübut edir. Beləki, Azərbaycanın milli təhlükəsizliyinə dair məsələlərlə məşğul olmaq əvəzinə sadə insanların cibində narkotik axtarmaq bu qurumun səlahiyyətlərinə zidd olmaqla yanaşı səviyyəsizlik nümayişidir. Cinayət prosessual qanunvericiliyə görə bu kimi hallarda cinayət işini MTN yox, polis idarələri aparmalıdır."
228.1. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama - üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Related Stories
Comment


United Kingdom
Bismillahir rəhmanir rəhim. Bu ramazan ayinda Allah o kəslərə lənət etsin ki, biyavırcasina oruc və namaz qilan insanlara şər bohdan atirlar. Hec bilirlərmi ki, o pak insanlarin ovladlarinin qarğışlari altin da qalacaqlar .Onlar hec bilmirlər ki, qiyamət gunundə necə hesab verəcəklər Allaha . Bu ramazan ayinda bir musəlmana yardim edən və o musəlmana ki, şər bohdan atıblar ona qarşı cıxmıyanlar hər vasitə ilə olur olsun şər bohdan atanlarin gunahlarinla bərabərdirlər . Şər və bohdan atanlara bizim yaziğimiz gəlir cunki,Allah kimə bəla gondər məmişdən qabaq onun ağlini əlin dən alir,və bu yaziğlarda ağlini itirmiş adamlardi. Və Allahdanda mutləq onlara bəla yetişəcək. Amma biz istərdik siyonislərin fitnəsindən ozlərinə bəla qazanmiyardilar.