0
Thursday 4 March 2021 - 14:43

"Avropa İran əleyhinə qərar vermək fikrindən daşındı"

Story Code : 919630
"Avropa İran əleyhinə qərar vermək fikrindən daşındı"
Əl-Cəzirə şəbəkəsi məlumat verib ki, Avropa ölkələri Beynəlxalq Atom Enerjisi Agentliyində "Əlavə Protokol"dan imtina səbəbi ilə İrana qarşı hazırlanan layihəni təqdim etmək fikrindən daşınıblar.

Reuters də bir sıra Avropa diplomatlarına istinad edərək bildirib ki, İranın BAEA ilə əməkdaşlığı azaltması qərarından sonra İngiltərə, Fransa və Almaniyanın ABŞ tərəfindən də dəstəklənən layihəsi kənara qoyulub.

Wall Street Journal qəzetinin əməkdaşı Lawrence Norman tvitterdə yazıb: "İki fərqli mənbə MAQATE-nin İdarə Heyətinin İrana qarşı qətnamə qəbul etmək fikrindən daşındığını təsdiqlədi."

Bundan əvvəl bir sıra Amerika KİV-i Avropa ölkələrinin İranın nüvə fəaliyyətini pisləyən bir qətnamə hazırladığını və bu qətnamənin cümə günü müzakirə ediləcəyini bildirmişdi.
Related Stories