0
Monday 8 March 2021 - 10:54

Səudiyyə vuruldu qara qızılın bir bareli 71 dollara çatdı

Story Code : 920280
Səudiyyə vuruldu qara qızılın bir bareli 71 dollara çatdı
SalamNews xəbər verir ki, ötən gecə Səudiyyə Ərəbistanın böyük neft təsisatlarının yerləşdiyi Rəs-Tənnura limanının hədəfə alınması fonunda, qara qızılın qiymətində də mülahizə ediləcək dərəcədə artım baş tutub.

Məlumata görə, brent markalı neftin bir barelinin qiyməti ötən il yanvarın 8-dən bəri ilk dəfə olaraq 70 dolları keçib.

Bu neftin may fyuçerslərinin qiyməti 1,78% artaraq, bir barel üçün 70,78 dollara çatıb.

Qeyd edək ki, ötən gecə mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələri” (husilər) Yəmənə endirilən hava zərbələrinə cavab olaraq, Səudiyyə Ərəbistanın şərqində Aramco şirkətinin təsisatlarını hədəfə aldıqlarını bildiriblər. Səudiyyə Ərəbistanın Enerji Nazirliyi bu hücumun təkcə Səudiyyə Ərəbistanın deyil, dünya enerji resurslarını təhlükə altında qoyacağını bəyan edib.
Related Stories