0
Monday 8 March 2021 - 16:00

ABŞ-ın İraqdan çıxmasına dair yekun hesabat yaxın vaxta hazır olacaq

Story Code : 920347
ABŞ-ın İraqdan çıxmasına dair yekun hesabat yaxın vaxta hazır olacaq

Deyerler.org xəbər verir ki, Əl-Ərəbi Əl-Cədid qəzetinin verdiyi məlumata görə, o, bazar günü axşam (7 mart) bu məsələyə aydınlıq gətirib: “İraqın xarici işlər naziri Fuad Hüseyn rəhbərlik etdiyi komitəyə milli təhlükəsizlik müşaviri Qasım Əl-Araci, baş nazirlik ofisinin rəhbəri, baş qərargah rəisi və müştərək qüvvələrin baş komandanının müavini daxildir.
 
Komitənin missiyası vəziyyəti qiymətləndirmək və xarici qoşunların İraqın hər yerindən çıxarılması üçün bir cədvəli ehtiva edən yekun hesabat verməkdir.
 
Komitə, həmçinin İraq qüvvələrinin sərhəd bölgələrində təhlükəsizlik və nəzarətin yaradılması, terror hücumlarının qarşısının alınması, kəşfiyyat tədbirləri və xarici qüvvələrin köməyi olmadan terror əməliyyatlarının müəyyənləşdirilməsindəki təsirlərini qiymətləndirəcək”.
 
İraq rəsmisinin sözlərinə görə, komitə keçən ilki qətnaməni həyata keçirmək üçün amerikalılar da daxil olmaqla xarici qüvvələrin ölkədən çıxarılması planına dair son hesabat hazırlayacaq.
 
İraq parlamenti bu qərarı 2020-ci ilin yanvarında ABŞ-ın İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandiri şəhid general-leytenant Qasım Süleymaninin və Əl-Həşduş Şəbi təşkilatı rəhbərinin müavini şəhid Əbu Mehdi Əl-Mühəndisin terror edilməsindən sonra qəbul etmişdi.
 
İndiyə qədər İraq hökuməti və ya hərbi səlahiyyətlilər Əl-Rakabinin bu açıqlamalarına münasibət bildirməyiblər.
 
Source : Deyerler
Tagged
iraq
Comment