0
Tuesday 23 March 2021 - 14:42

ŞOK: Terrorçular Yəmənə göndərilir?

Story Code : 923015
ŞOK: Terrorçular Yəmənə göndərilir?
"Ypagency.Net" xəbər saytının verdiyi məlumata görə, Türkiyə tərəfindən dəstəklənən, Suriyada bir çox cinayətlərə imza atmış terrorçuların Yəmənə köçürülməsi üçün hazırlıq aparılır.

İddiaya əsasən, Türkiyə bu terrorçuları Yəmən ordusu və könüllü xalq komitələrinə qarşı vuruşan təcavüzkar Səudiyyə-BƏƏ koalisiyasına yardım üçün Yəmənə yollayır.

Səudiyyə koalisiyası tərəfindən də dəstəklənən İxvanul-Musliminə bağlı "Əl-İslah" partiyası, Yəmənin qərbində Razum bölgəsində bu terror qruplaşmaları üçün üç düşərgə hazırlayıb. Türkiyənin Qəna limanına silah belə göndərdiyi iddia edilir.

Suriyada terrorçularla əlaqəli İnsan Haqları Müdafiəsi təşkilatının rəhbəri Rami Abdul-Rahman deyib ki, Misirdə də uzun illər İxvanul-Muslimini tək qoymayan Türkiyə, bu gün Yəməndə İxvanul-Musliminə bağlı Əl-Səlah partiyası üzvlərinə yardım üçün təkfirçiləri bu ölkəyə yollayıb.
Related Stories