0
Saturday 17 April 2021 - 15:38

İsrail rejimi Qəzzaya hava hücumu etdi

Story Code : 927717
İsrail rejimi Qəzzaya hava hücumu etdi

Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, İsrail rejimi ordusunun sosial şəbəkə hesabında yerləşdirilən açıqlamada, döyüş təyyarələrinin Qəzzada HƏMAS-a aid nöqtələri vurduğu qeyd edilib.
 
Palinfo-nun müxbiri, İsrail rejiminin tankları və döyüş təyyarələrinin Qəzzanın mərkəzi hissəsindəki Cuhr Əl-Dik qəsəbəsindəki HƏMAS-a aid mövqeləri bombaladığını bildirib.
 
Müxbir sionist rejimin döyüş təyyarələrinin Qəzza şəhərinin cənub-şərqindəki əkinçilik ərazilərini də bombaladığını və Qəzzanın cənubundakı Rəfah şəhərinin də bombalandığını bildirib.
 
Sionist rejimin ordusu Qəzzadan sionist məskunlaşma məntəqələrinə atılan raketlərə cavab olaraq, HƏMAS mövqelərinə hücum edildiyini iddia edib.
 
Bundan əvvəl sionist rejimin ordusu Qəzzadan İsrail rejiminin cənubundakı sionist məskunlaşma məntəqələrinə bir raketin atıldığını iddia etmişdi.
 
Sözügedən raketin boş əraziyə düşdüyü qeyd edilib. Digər tərəfdən, sionist rejimin mətbuatı Sderot başda olmaqla Qəzza ətrafındakı sionist məskunlaşma məntəqələrində sirena səslərinin eşidildiyini bildirib.
 
Source : Deyerler
Tagged
qəzza
Comment