0
Sunday 18 April 2021 - 03:36

“Barselona” İspaniya kubokunun qalibi oldu

Story Code : 927837
“Barselona” İspaniya kubokunun qalibi oldu
Modern.az xəbər verir ki, matç katalonların qələbəsi ilə başa çatıb - 4:0.

Oyunda qolları Antuan Qrizman (60 dəq.), Frenk de Yonq (63) və Lionel Messi (68, 72) vurub.

Bununla da "Barselona" tarixində 31-ci dəfə İspaniya Kral Kubokunun qalibi olub.

Komandanın kapitanı Lionel Messi kuboku başı üzərinə qaldırıb.

Messi həmçinin matçın oyunçusu seçilib.

Qeyd edək ki, bu, Kral Kubokunun sayca 119-ci finalı idi.
Related Stories