0
Tuesday 27 April 2021 - 23:12

Tel-Əvivdə Netanyahu əleyhinə növbəti etiraz dalğası

Story Code : 929591
Tel-Əvivdə Netanyahu əleyhinə növbəti etiraz dalğası
Xəbər mənbələri çərşənbə axşamı gecə saatlarından etibarən çox sayda sionist rejim vətəndaşının işğalçı İsrail Baş naziri Binyamin Netanyahuya qarşı yenidən etirazlara başladığını bildirib.

Xəbər mənbələrinin məlumatına görə, mitinq bu dəfə işğal altındakı Fələstinin mərkəzində, Təl-Əviv şəhərində baş tutub. Aksiya "Qara Bayraqlar" adı ilə tanınan qrupun çağırışı ilə baş tutub. Aksiya iştirakçıları məşhur Habima meydanında toplaşaraq Netanyahuya qarşı şüarlar səsləndirdilər.

"Qara Bayraqlar" qrupu üzvləri, o cümlədən digər etirazçılar Netanyahunu korrupsiya və digər qanunsuz əməllərdə günahlandırıblar. Onlar hər şənbə günü etiraz aksiyaları keçirəcəklərini bildiriblər.