0
Tuesday 1 June 2021 - 13:34

İsrail və HƏMAS arasında məhbus və əsirlərin mübadiləsi həyata keçiriləcək

Story Code : 935700
İsrail və HƏMAS arasında məhbus və əsirlərin mübadiləsi həyata keçiriləcək
İşğalçı İsrailin rəsmi nümayəndə heyəti HƏMAS tərəfilə danışıqların aparılması üçün gələn həftə Qahirəyə gedəcək. Tərəflər əsir və məhbusların mübadiləsini həyata keçirməkdə ciddi olduqlarını bildiriblər.

SalamNews işğalçı İsrailin “Rəsmi Teleradio Yayım Şurası”nın saytı makan.org-a istinadla xəbər verir ki, gələn həftə Qahirəyə nümayəndə heyəti yollanacaq.

Nümayəndə heyəti HƏMAS tərəfilə əsirlərin və məhbusların mübadiləsi haqda danışıqların aparılmasını təmin edəcək.

Məlumata görə işğalçı İsrail tərəfi HƏMAS-a vermək istədiyi fələstinlilərin və hərəkat üzvlərinin siyahısını göndərəcək.

Eyni zamanda HƏMAS-ın Qəzza üzrə lideri Yəhya Sinvar ötən gün bildirib ki, yaxın zamanlarda əsir və məhbusların mübadiləsi baş tutacaq.

O əlavə edib ki, bu işin gecikməsinə səbəb işğalçı İsrail və burada hökumətin formalaşmamasıdır.

Ötən həftə sionist rejimin XİN rəhbəri Qabi Aşkenazi də Misir səfərində olub və məhbusların mübadiləsi məsələsini müzakirə edib.
Related Stories