0
Sunday 13 June 2021 - 21:57

Bayden: Rusiya ilə birgə layihəmiz ola bilər

Story Code : 937912
Bayden: Rusiya ilə birgə layihəmiz ola bilər
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

ABŞ prezidenti Vaşinqton və Moskva arasındakı münasibətlərin ən aşağı nöqtəyə endiyini etiraf edib.

Baydenə görə, münasibətlərin gələcək vəziyyəti Rusiya Federasiyasının beynəlxalq normalara uyğun hərəkət edib etməyəcəyindən asılı olacaq:

"Biz münaqişə axtarmırıq. Fikrimizcə, beynəlxalq standartlara cavab verməyən hərəkətlərə həll yolu axtarırıq. ABŞ Rusiya ilə strateji sabitlik sahəsində işləməyə hazırdır və iqlim dəyişikliyinə qarşı mübarizə iki ölkənin birgə layihəsi ola bilər. Bunu yəqin ki, bəzi strateji doktrinalar sahəsində edə bilərik. Burada birlikdə çalışmağa hazırıq".