0
Thursday 17 June 2021 - 18:04

Ərdoğan: Baydenə Türkiyənin S-400-lə bağlı qərarını dəyişdirməsini gözləməməsini söylədim

Story Code : 938573
Ərdoğan: Baydenə Türkiyənin S-400-lə bağlı qərarını dəyişdirməsini gözləməməsini söylədim
Ərdoğan, NATO-nun Brüsseldəki zirvəsi haqqında danışarkən deyib:
"Onlar bu gün terrorun hədəfinə çevrilmiş müttəfiqlərinin (Türkiyənin) yanında olmaq əvəzinə, terror qruplarının yanında durmağa üstünlük verdi. Bu, tarixi bir səhvdir."

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə prezidenti sözlərinin davamında deyib:
"Terror təşkilatlarını dəstəkləyənlər və onları təşviq edənlər nə qədər böyük bir səhv etdiklərini başa düşəcəklər...
Mən Baydenə S-400 və F-35 qırıcıları ilə bağlı mövqeyimizdə dəyişiklik etməyəcəyimizi açıq şəkildə bildirdim. Çünki F-35 proqramı ilə bağlı öhdəmizə düşən vəzifəmizi yerinə yetirmişik!"

 
Related Stories