0
Tuesday 22 June 2021 - 00:39

Rusiya Suriyada ABŞ kontingentinin yolunu bağladı

Story Code : 939349
Rusiya Suriyada ABŞ kontingentinin yolunu bağladı
"RussiaToday" xəbər şəbəkəsinin verdiyi xəbərə görə, şənbə günü əl-Hasakə vilayətindəki Tal-Tamr şəhərinin on kilometrliyindəki M4 yolu ilə hərəkət edən ABŞ-a məxsus dörd zirehli maşının yolu Rusiya hərbçiləri tərəfindən qapadılıb. Amerikalı hərbçilər isə bu hadisədən sonra geri qayıtmaq məcburiyyətində qalıblar.

Məlumatlı mənbələr bildirib ki, Rusiyanın bu addımının əsl səbəbi Moskva ilə Vaşinqton arasında mövcud olan təhlükəsizlik protokollarının ABŞ tərəfindən pozulmasıdır. Rusiya ABŞ-ın hələ də hərbi fəaliyyətləri barədə öncədən Rusiyanı məlumatlandırmadığını bildirib.
Related Stories