0
Wednesday 14 July 2021 - 17:06

Ayətullah Rəisi: “Fələstinə dəstəyimiz davam edəcək”

Story Code : 943393
Ayətullah Rəisi: “Fələstinə dəstəyimiz davam edəcək”

Deyerler.org xəbər verir ki, HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə və Fələstin İslami Cihad hərəkatının baş katibi Ziyad Nəxxalə İranın yeni seçilmiş prezidenti Ayətullah Seyid İbrahim Rəisi ilə telefonla danışıblar.
 
İ.Haniyə Ayətullah Rəisini İran İslam Respublikası prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik edib və İran İslam Respublikasının Fələstin məsələsinə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini bildirib.
 
Ziyad Nəxxalə də, Ayətullah Rəisiyə uğurlar arzulayıb və Fələstin xalqına və müqavimət verdiyi dəstəyə görə İrana təşəkkür edib.
 
Ayətullah Rəisi Fələstin Müqavimət hərəkatlarının liderlərini sionist rejimlə Qüds qılıncı döyüşündə əldə edilmiş böyük qələbə münasibətilə təbrik edərək, belə deyib: “Əmin olun ki, Qüds azad edilənə qədər İran Fələstini müdafiə etməyə və bu ölkənin xalqına dəstək verməyə davam edəcək.
 
Məzlum Fələstin xalqı və onun qəhrəman müqaviməti böyük və qətiyyətli sınaqdan bir daha parlaq şəkildə çıxdı və işğalçı sionist rejimi müqəddəs Qüdsü azad etmək üçün ali amallara doğru bir addım atmağa məcbur etdi.
 
Qəzzada işğalçı rejimin qadınlara, uşaqlara və fələstinli kişilərə qan tökərək törətdiyi cinayətlər və qətllər sionistlərin vəhşiliyini nümayiş etdirsə də, bu hərəkətlər Qəzza və İordan çayının qərb sahilində insan haqlarının kobud şəkildə pozulması və evsiz və sığınacaqsız insanların məzlumluğudur.
 
Müqavimət raketləri işğalçı sionist rejimin kövrək təhlükəsizliyini hər zamankindən daha çox ifşa etdi və fələstinlilərin güclü iradəsi sionistlərin çox qatlı müdafiə sistemlərini məğlub edərək, İsrail rejiminin yenilməzliyini əsassız şübhəyə çevirdi”.
 
Source : Deyerler
Tagged
fələstin
Related Stories
Comment