QR CodeQR Code

Bayramov Zəriflə regional təhlükəsizlikdən danışdı

20 Jul 2021 20:18

İslamTimes: 20 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.


Xarici İşlər Nazirliyindən Publika.az-a bildirilib ki, nazirlər müqəddəs Qurban bayramı münasibətilə bir-birlərini təbrik edib, xalqlarımıza və ölkələrimizə sülh, əminamanlıq və tərəqqi arzu ediblər.

Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.


Story Code: 944389

News Link :
https://www.islamtimes.org/az/news/944389/bayramov-zəriflə-regional-təhlükəsizlikdən-danışdı

Islam Times
  https://www.islamtimes.org