0
Saturday 24 July 2021 - 16:33

İranlı generalın Qüds qılıncı əməliyyatında Qəzzaya səfərləri və görüşləri

Story Code : 944901
İranlı generalın Qüds qılıncı əməliyyatında Qəzzaya səfərləri və görüşləri

Deyerler.org xəbər verir ki, Talal Naci Əl-Məyadinə verdiyi müsahibədə general Qaaninin xarakterini tərifləyərək, onu "sevgi dolu, sonacan mübarizə aparan, təvazökar, qətiyyətli və özünə inamlı" şəxs olduğunu və bütün Fələstin qruplarını dəstəkləmək üçün çalışdığını söyləyib: "İlk dəfə mən onunla tanış oldum, onu İmamul Qaid (İslam İnqilabının rəhbəri) rəhbərliyi altında şəhid general Qasım Süleymaninin yolunu davam etdirən eyni komandiri (Qasım Süleymani) gördüm".
 
Bu yaxınlarda Qəzzadakı (Qüds qılıncı) döyüşə də toxunan Naci, belə davam edib: "Özü də işğal olunmuş ərazilərdə, xüsusən Qəzzada Fələstin qruplarını inkişaf etdirmək üçün çox çalışır və burada döyüşün gedişatına şəxsən nəzarət etmək üçün Seyful-Qüds döyüşü zamanı bölgəyə getdiyini xatırlatmaq lazımdır. Fələstin xalqının düşmənə qarşı müqavimətini şəxsən izləmək üçün bir sıra müvafiq fələstinli qardaşlarla da görüşdü".
 
Müsahibənin başqa bir yerində Talal Naci də Livanın Hizbullah hərəkatına təşəkkür edərək, belə deyib: "Hizbullahın Fələstinə verdiyi yardımı tərifə layiqdir. Hizbullah sionist düşmənlə nə vaxt qarşılaşsa, əslində bütün İslam ümməti adından bunu edir".
 
Source : Deyerler
Related Stories
Comment