0
Friday 26 August 2011 - 04:52

“Qüds Günü” bəyanatı

Story Code : 94633
“Qüds Günü” bəyanatı
“Qüds Günü” bəyanatı
Rəhman və Rəhim Allahın adı ilə.
“Bilin ki, Allahı aciz qoya bilməzsiniz... Allah kafirləri rüsvay edəcək!” – buyurur Qurani-Kərim.
Qüds Günü dünya boyu tövhid əhlinin müqəddəs saydığı və işğal altında olan məkanın azadlıq günü, fələstinlilərin simasında haqqı tapdanmış bütün müsəlmanların himayə günüdür. İşğalçı İsrailin Qəzzəyə təcavüzü və Mavi Mərmərə humanitar karvanına basqını bütan dünyanı ayağa qaldırdı. İsrail BMT səviyyəsində hərbi cinayətlərdə ittiham edildi. Beynəlxlaq ictimaiyyətin sionizmin əsil sifətini görməsi ilə Qüds Günü beynəlxalq bir tədbirə çevrildi. Təcavüzkar İsrail rejimi, onun ABŞ və Qərb dövlətləri kimi müttəfiqləri bütün dünyada rüsvay oldular.
Təəssüf ki, müsəlman ölkələrinə qarşı BMT-nin ilk qətnaməsinə əməl olunduğu halda İsrailə qarşı qətnamələr yerdə qaldı və Tel-Əviv daha da azğınlaşdı. Bu ikili münasibət bir daha təsdiqlədi ki, əsil qurtuluş qətnamələr yox, müsəlmanların oyanışı və zülmə qarşı Qüds Günü kimi haraylardır. Müsəlmanların birlik simvolu və İslami vəhdətin dayaq nöqtəsi olan Fələstin və Qüds artıq yarım əsrdən çoxdur ki, sionistlərin işğalı altındadır.
Müsəlmanlar İsrailin Orta Şərqdə saxta mövcudluğundan irəli gələn təhlükələri dərk edir. Qüdsün və Fələstinin islami kimliyinin qorunması və islam ümməti arasında birliyin möhkəmləndirilməsi ən vacib vəzifədir. Yalnız müsəlman xalqlar Fələstin və İslam ümmətinə parlaq qələbələr gətirə, Qüdsü qəsbkar rejimdən xilas edə bilər.
Mübarək Ramazan ayının son cüməsini Qüds günü kimi qeyd etməklə müsəlmanlar həm də din alimlərinə bağlılıqlarını sərgiləyirlər. Həzrət Peyğəmbər din alimlərini özünə canişin élan edir.
Fələstin problemindən sonra dünyada uzun müddət həllini tapmamış başqa bir problem Dağlıq Qarabağ münaqişəsidir. Dağlıq Qarabağın işğaldan azad edilməsi ilə bağlı BMT-nin təkcə 1993-cü ildə 4 qətnaməsi olsa da eynən Fələstinin azadlığı istiqamətində qətnamələr kimi yerinə yetirilməyib. Müsəlman ölkələrini müxtəlif bəhanələrlə viran qoyan dünya imperializmi sionist yəhudi və daşnak ermənilərin cinayətlərinə göz yumur. Bu baxımdan Qüds Günü həm də Qarabağın azadlıq günüdür.
Haqq Yolu Elm və Mədəniyyət institutu Beynəlxalq Qüds Günü münasibəti ilə bəyanat yayaraq bütün işğal olunmuş müsəlman torpaqlarına, o cümlədən Qüds və Qarabağa azadlıq tələb edir. Bütün müsəlmanları imkan çatan həddə bu işğallara qarşı etiraza çağırırıq.
Qüds Günü sadəcə tarix deyil. Düşmən İslam torpaqları ilə yanaşı İslam dəyərlərini də hədəfə alıb. Bu gün doğma Azərbaycanda dünyada işğallara və zülmə etiraz edən dindarlar şərlənərək həbs olunur. İttihamlardan biri də yəhudilərə qarşı terrordur. Dövlət səviyyəsində terrorun anası kimi tanınmış İsrailin təsiri altında məmləkətimizdə sülhsevər müsəlmanlar həbs edilir. Qüds Günü həm də bu pak insanlara azadlıq şüarları ilə yadda qalmalıdır. Qələbə Allahdandır!

HaqqYolu EMİ
Related Stories
Comment