0
Tuesday 3 August 2021 - 02:25

Sahibə Qafarova İranın yeni seçilmiş prezidentinin andiçmə mərasimində iştirak edəcək

Story Code : 946488
Sahibə Qafarova İranın yeni seçilmiş prezidentinin andiçmə mərasimində iştirak edəcək
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Abbas Musəvi İRNA-ya açıqlamasında deyib.

O bildirib ki, xanım S.Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti cümə axşamı günü keçiriləcək rəsmi innoqrasiya mərasimində iştirak edəcək.

Səfir qeyd edib ki, nümayəndə heyətinin tərkibində baş nazirin müavini Şahin Mustafayev, Azərbaycan XİN müavini və bir neçə yüksək vəzifəli şəxslər olacaq.
Related Stories