0
Wednesday 6 October 2021 - 15:11

Şəhid general Süleymaniyə qarşı terrorda İsrail rejiminin xüsusi rolu var

Story Code : 957453
Şəhid general Süleymaniyə qarşı terrorda İsrail rejiminin xüsusi rolu var

Deyerler.org Rasthaber-ə istinadən xəbər verir ki, Tamir Hayman sionist rejimin aparıcı yayım təşkilatlarından olan Kanal 12 televiziyasına verdiyi açıqlamasında şəhid Süleymaninin terror edilməsi ilə əlaqədar ABŞ rəhbərliyinə təsir edən ən əhəmiyyətli hadisənin İsrail rejiminin verdiyi kəşfiyyat məlumatları olduğunu qeyd edib.
 
Hayman açıqlamasında sionist rejimin kəşfiyyatının amerikalılara Qüds Qüvvələri Komandanlığının Fars körfəzində ABŞ qüvvələrinə qarşı genişmiqyaslı hərbi əməliyyat başladacağını çatdırdığını söyləyib. Kəşfiyyat rəsmisinin sözlərinə görə, bu məlumatlar ABŞ ordusunun İranla bağlı bütün işlərini yenidən qurmasına səbəb olub.
 
Bu iddianın ABŞ-ın bölgədəki İranla münasibətlərində dönüş nöqtəsi olduğunu iddia edən Hayman, belə deyib: “O vaxta qədər ABŞ qüvvələri yalnız İŞİD-ə qarşı fəaliyyət göstərirdi. Ancaq onlara çatdırdığımız məlumatlar ABŞ əsgərlərinin fəaliyyətində əhəmiyyətli dəyişikliyə səbəb oldu”.
 
Sionist rejiminin kəşfiyyat rəsmisi bu sui-qəsdin işğalın həyata keçirdiyi bir sıra gizli və açıq kəşfiyyat əməliyyatlarının nəticəsi olduğunu və bunun arxasında Şin Bet və Mossad agentlərinin dayandığını söyləyib.
 
Bundan əvvəl ABŞ-ın hərbi rəsmisi İsrail rejiminin şəhid general Süleymaninin istifadə etdiyi telefon nömrələrinə daxil olduğunu və sui-qəsddən bir neçə saat əvvəl ABŞ kəşfiyyatına təhvil verdiyini və onların tapılmasına icazə verdiyini iddia etmişdi.
 
Xatırladaq ki, 3 yanvar 2020-ci ildə ABŞ İranın Qüds Qüvvələrinin komandiri şəhid general-leytenant Qasım Süleymani ilə Əl-Həşduş Şəbinin komandirinin müavini şəhid Əbu Mehdi Əl-Mühəndisin Bağdad Hava Limanındakı avtomobil karvanına hava hücumu təşkil etmişdi.
 
Hücumda həm komandirlər, həm də İraq və İran hərbi rəsmiləri daxil olmaqla ümumilikdə 10 nəfər şəhid olmuşdu. ABŞ-ın eks-prezidenti Donald Tramp şəhid Süleymaninin ABŞ üçün təhlükə olduğu üçün öldürülməsinə əmr verdiyini açıqlamışdı.
 
Bundan sonra İran, yanvarın 8-də ABŞ-ın İraqdakı iki bazasını ballistik raketlərlə vurdu. ABŞ hücumda heç bir əsgərin öldüyünü iddia etməsə də, daha sonra hücumda 109 əsgərin beyin travması aldığı məlum oldu.
 
Source : Deyerler
Tagged
şəhid
Comment