0
Wednesday 13 October 2021 - 20:21

Sionist hərbçi ordudan qaçdıqdan sonra intihar etdi

Story Code : 958572
Sionist hərbçi ordudan qaçdıqdan sonra intihar etdi
Sionist rejim mediasının verdiyi məlumata görə, intihar edən bu İsrail əsgəri Qolani Briqadasında xidmət edirmiş. O briqadadan qaçdıqdan sonra intihar edib.

Məlumata görə, əsgər hərbi nizama uyğunlaşa bilmədikdən sonra ordudan qaçmaq məcburiyyətində qalıb, lakin bir çox dostu onu qərargaha qayıtmağa razı salıb. Amma əsgər taksi ilə qərargaha geri qayıdan zaman bir şəxs ona telefon açıb və əsgər bu zəngdən sonra özünü avtomobildən ataraq həyatına son qoyub.

"Arabi 21" internet saytının yazdığına görə, sionist əsgər ağır xəsarətlərlə Beyt Takfadakı Bilenson Xəstəxanasına çatdırılsa da, aldığı yaraların ağırlığından həyatını itirib.
Related Stories