0
Wednesday 13 October 2021 - 23:32

Newsweek: ABŞ-ın məğlubiyyəti sonrası Bəşər Əsədin güclü dönüşü

Story Code : 958614
Newsweek: ABŞ-ın məğlubiyyəti sonrası Bəşər Əsədin güclü dönüşü
"Newsweek" nəşri "güclü dönüş" adlı təhlildə Suriya prezidenti Bəşər Əsədin dünya səhnəsinə qayıdışını ABŞ üçün məğlubiyyət və ABŞ düşmənləri üçün qələbə kimi qələmə verib.

Newsweek-in məlumatına görə, Suriyada 2011-ci ildə başlayan və 21-ci əsrin ən ölümcül və ən dağıdıcı qarşıdurmalarından biri olan müharibə nəticəsində 600 mindən çox insan ölüb və milyonlarla insan didərgin düşüb.

Jurnal yazır: "O zaman ölkələr bir-birinin ardınca Suriya hökuməti ilə əlaqələri kəsdi. ABŞ da öz növbəsində 2011-ci ildən Suriyaya qarşı sanksiyalar tətbiq etdi və 2012-ci ildə Suriyadakı səfirliyinin fəaliyyətinə son verdi... Amma Bəşar Əsəd nəinki üsyançılar və terrorçuların amansız hücumlarını tab gətirdi, o hətta Suriyanın zəbt edilmiş əksər ərazilərini terrorçulardan təmizləyərək, bu gün ərəb ölkələrinin onunla əlaqələri bərpa etməsinə müvəffəq oldu..."

 
Related Stories