0
Sunday 24 October 2021 - 20:51

Aliməqamlı rəhbərin 17 rəbi diskursiyası

Story Code : 960317
Aliməqamlı rəhbərin 17 rəbi diskursiyası

SəhərAzəri-nin məlumatına əsasən, 2020-ci il 3 noyabra təsadüf edən 17 rəbiül-əvvəl əziz islam peyğəmbəri Həzrət Məhəmmədin(s.ə) mübarək mövludu günü münasibəti ilə çıxış edən islam inqilabının aliməqamlı rəhbəri Həzrət Ayətulahül-üzma Xamenei Azərbaycan Respublikası ilə Ermənistan arasında gedən müharibəyə toxunaraq Qarabağın taleyi barədə yol xəritəsi ola biləcək önəmli bəyanat verdi.
 Həzrət Ayətulahül-üzma Xamenei bildirdi ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın bütün əraziləri azad edilməli və Azərbaycana qaytarılmalıdır.
İslam inqilabının aliməqamlı rəhbərinin bu bəyanatı Qarabağ diskursiyası kimi qəbul edildi və Azərbaycan Respublikasının öz ərazilərini azad etmək uğrunda gedən müharibə əsnasında Qarabağın taleyini dəqiqləşdirən yeganə bəyanat idi.
Sonrakı hadisələr göstərdi ki, Həzrət Ayətullahül-üzma Xameneinin “Azərbaycanın bütün əraziləri azad edilməlidir” çağırışının ardınca dərhal “və Azərbaycana qaytarılmalıdır” cümləsini söyləməsi çox ciddi təhlükələri önləmək üçün böyük uzaqgörənlikdən mənşə alan baxışdır.
İndi Ermənistan Azərbaycanın bütün ərazilərindən geri çəkilib Amma Qarabağ Azərbaycan Respublikasına qaytarılmayıb. Bu durum yenə də hegemonçu dövlətlərə region dövlətlərinə təsir etmək imkanı yaradıb və cənubi Qafqazda həqiqi və əbədi sülh və təhlükəsizliyin bərqərar olunmasını kölgəyə salıb. Minsk Qrupunun həmsədr ölkələrinin eləcə də Avropa qurumlarının müdaxiləçi bəyanatları və cəhdlərini bununla izah etmək olar.
Ayətullahül-üzma Xameneinin Qarabağ diskursiyası kimi qəbul edilən 17 rəbiül-əvvəl bəyanatında erməni separatçılığı probleminin də həlli öz əksini tapıb. Aliməqamlı rəhbər “Qarabağdakı ermənilərin təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin olunmalıdır” söyləməklə, müdaxiləçi əcnəbi dövlətlərin status çağırışlarını qətiyyətlə rədd etmiş olub.
Həzrət Ayətullahül-üzma Xamenei bu bəyanatla “Xalqların öz müqəddəratını təyinetmə” hüququnu ortaya ataraq Qafqazda separatizmi təşviq edən hegemonçu dövlətlərə həm də beynəlxalq qanunları xatırlatmış oldu. Xalqların müqəddəratı ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır və etnik azlıqlar yaşadıqları ölkələrin suverinliyi və ərazi bütövlüyünə hörmətlə yanaşmalıdırlar. Aliməqamlı rəhbər 17 rəbi bəyanatında bu həqiqətə diqqət çəkmiş oldu ki, Qarabağ erməniləri Azərbaycan xalqının bir parçasıdır və onların hüquqları Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində və sadəcə Azərbaycan Respublikası hökuməti tərəfindən təmin olunmalıdır.
 
Source : Azeri.sahartv
Comment