0
Tuesday 26 October 2021 - 19:00

Husilər Yəməndə bir rayonu nəzarətə götürüblər

Story Code : 960578
Husilər Yəməndə bir rayonu nəzarətə götürüblər
SalamNews RT-ə istinadla xəbər verir ki, bu barədə Yəmənin hərbi mənbələri məlumat veriblər.

Bildirilib ki, husilər bu gün Mərib əyalətinin strateji əl-Cubə rayonunun inzibati mərkəzini nəzarətə götürüblər.

Qeyd edək ki, husilər cari həftənin əvvəlində elan ediblər ki, son əməliyyatda Mərib və Şəbva əyalətində 3,200 kvadrat km ərazini nəzarətə götürüblər.

Husilər hazırda Mərib şəhərini mühasirəyə almaq üzrədirlər.