0
Wednesday 27 October 2021 - 06:55

Belçikada ictimai yerlərə yalnız QR kodu ilə daxil olmaq tətbiq edilib

Story Code : 960637
Belçikada ictimai yerlərə yalnız QR kodu ilə daxil olmaq tətbiq edilib
APA xəbər verir ki, bu barədə çərşənbə axşamı Belçikanın Baş naziri Aleksandr De Kroo koronavirusla mübarizə üzrə Federal Koordinasiya Komitəsinin növbədənkənar iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Baş nazir deyib ki, ifeksiyaların sayında kəskin artım müşahidə olunur, son bir həftədə yoluxma 70% artıb: “Qeydə alınan yeni yoluxmaların orta gündəlik sayı 5,3 min nəfərdir. 18 yaşdan yuxarı vətəndaşların 74%-i hazırda iki doza peyvənd olunur, 12-18 yaş arası uşaqların peyvənd edilməsinə artıq başlanılıb”.

De Croo vurğulayıb ki, peyvənd “pandemiya ilə mübarizənin çox effektiv yolu olaraq qalır – bu, xəstəxanaya yerləşdirmələri 70%, ölümləri isə 90% azaldır.