Trampın seçkiləri saxtalaşdırmaq istədiyi üzə çıxdı
إسلام تايمز , 16 Jan 2022 14:10
İslamTimes: Sabiq ABŞ prezidenti Donald Trampın 2020-ci il prezident seçkiləri zamanı qanuna zidd hərəkətlərinin yeni təfərrüatları məlum olub
Yeni üzə çıxan e-poçtdan sonra məlum olub ki, sabiq ABŞ prezidenti Donald Tramp 2020-ci il prezident seçkiləri zamanı seçki məntəqələrində çalışan dövlət işçilərinə qarşı qanunsuz təzyiqlər uyğulayıb. O işçilərdən səslərin hesablanmasını bu proses üçün təyin olunmuş son tarixdən daha öncə bitirmələrini istəyib.
Tramp həmçinin səslərin hesablanmasını saxtalaşdıraraq, öz xeyrinə dəyişdirmək istəyib.
ABŞ Milli Radiosunun məlumatına görə, bu e-poçt, 2020-ci ilin sentyabrında keçmiş vitse-prezidentin ofisinin rəhbəri Ron Jarminə göndərilib. E-poçt Donald Trampın texniki və qeyri-ənənəvi seçki məsələlərinə yüksək səviyyədə müdaxilə etmək istədiyini sübuta yetirir.
Story Code: 973896