0
Monday 17 January 2022 - 11:49

Dövlətə xəyanətdə ittiham olunan Poroşenko Ukraynaya qayıdıb

Story Code : 974018
Dövlətə xəyanətdə ittiham olunan Poroşenko Ukraynaya qayıdıb
APA RİA Novosti-yə istinadən xəbər verir ki, onun göyərtəsində olduğu Varşava-Kiyev reysi ilə uçan təyyarə artıq Kiyevin Borispol hava limanında eniş edib.

Bir neçə saatdan sonra dövlətə xəyanətdə ittiham olunan Pyotr Poroşenkonun məhkəməsi başlayacaq.

***

10:21

Ukraynanın eks-prezidenti Petro Poroşenko bu gün keçiriləcək məhkəmə prosesində iştirak etmək üçün Ukraynaya qayıdır.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, o, hazırda Varşava-Kiyev təyyarə reysi ilə Ukraynaya dönür.

Bu gün Kiyevin Peçera rayon məhkəməsində Poroşenkoya qarşı “dövlətə xəyanət” maddəsi ilə açılan işlə bağlı qərar veriləcək.

Eks-prezident həbs oluna biləcəyini istisna etməsə də, Ukrayna xalqının onun arxasında olduğunu bildirib.